Ermənistanda son sutkada 38 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada 38 nəfər koronavirusdan öldü
  • DÜNYA

Ermənistanda daha 1 563 nəfərdə koronavirus aşkarlanıb.

Aktual.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 129 085-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 38 nəfər artaraq 2 040-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 513-ə yüksəlib. İndiyədək 100 913 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 619 aktiv koronavirus xəstəsi var.(report.az)
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR