Ermənistanda son sutkada 31 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 31 nəfər koronavirusdan ölüb
  • DÜNYA

Ermənistanda daha 1 248 nəfərdə koronavirus aşkarlanıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 133 594 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 2 121-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 535-ə yüksəlib. İndiyədək 106 479 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 24 459 aktiv koronavirus xəstəsi var.
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR