Ermənistanda sahibkarlar növbəti dəfə etiraz aksiyası keçiriblər

Ermənistanda sahibkarlar növbəti dəfə etiraz aksiyası keçiriblər

Ermənistanda qazlı içkilərin istehsalı ilə məşğul olan sahibkarlar martın 18-də Yerevanda hökumət binasının qarşısında etriraz aksiyası keçiriblər.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, iş adamları ölkənin Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə etiraz edirlər.
Aksiya iştirakçıları bildiriblər ki, verginin artırılması nəticəsində məşğul işlədikləri sahə məhv olacaq: "Bu sektordakı kiçik və orta sahibkarlıq müflisləşəcək. Bunun dövlətə xeyiri olacağını düşünmürük. Bu daha çox bəzi qrupların mənafeyinə xidmət edəcək. Ona görə də bu addım atılıb”.
Qeyd edək ki, martın 11-də də Ermənistan paytaxtı Yerevanda qazlı içkilər istehsal edən şirkətlərin nümayəndələri hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR