Ermənistanda koronavirusdan ölənlərin sayı 580-i ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 580-i ötdü

Ermənistanda daha 339 nəfərdə koronavirus aşkarlanıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 32 490-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 581-ə çatıb. İndiyədək 20 729 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 10 996 aktiv koronavirus xəstəsi var.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR