Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçib, 113 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçib, 113 nəfər ölüb

Ermənistanda son sutkada daha 442 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 216-ya yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 113 nəfərə çatıb.
Bildirilib ki, indiyədək 3 287 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 772 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR