Ermənistanda koronavirusa yoluxanların sayı 30 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 30 mini ötdü

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 526 nəfər artaraq 30 346-ya çatıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda, son bir gündə Ermənistanda 14 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 535-ə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 18 000 pasiyent sağalıb. Hazırda 11 641 nəfər infeksiyadan müalicə olunur.
Xəbər 131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR