Ermənistanda koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atıb

Ermənistanda koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atıb

Ermənistanda koronavirus diaqnozu qoyulan qadın özünü xəstəxananın pəncərəsindən atıb.

"Report” "Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Ali Nikoqosyan bildirib.
Hadisə Artaşat xəstəxanasında baş verib.
A.Nikoqosyanın sözlərinə görə, 55 yaşlı pasiyent iyunun 29-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İyunun 30-da isə o, özünü xəstəxananın 3-cü mərtəbəsindəki pəncərədən atıb. Bildirilib ki, hadisə yerində olanlar qadın-pasiyenti dilə tutub, ona təskinlik verməyə çalışsalar da, o, yaşamaq istəmədiyini deyib.
Hadisə nəticəsində həmin şəxs çoxsaylı sınıq xəsarətləri alıb və Yerevana aparılıb. Həkimlər onun səhhətinin ağır olduğunu bildiriblər.
Məlumata görə, həmin qadın əvvəllər də intihara cəhd edib.
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR