Ermənistanda istefa verən vəzifəlilərin sayı artır

Ermənistanda istefa verən vəzifəlilərin sayı artır

Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin birinci müavini Qemafin Qasparyan öz istəyi ilə işdən çıxıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, "Facebook” səhifəsində yazıb.
Onun istefasının səbəbi açıqlanmayıb.
Qasparyan 2019-cu ilin fevralında bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, son günlər Ermənistanda vəzifəli şəxslərin tutduqları vəzifədən istefa verməsi halları çoxalıb. Bu günlərdə Ermənistan Ali Attestasiya Komitəsinin sədri Smbat Qoqyan istefa verib. O da istefasının səbəbini açıqlamayıb. 
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR