Ermənistanda COVID-19-a yoluxanların sayı 29 minə yaxınlaşır

Ermənistanda COVID-19-a yoluxanların sayı 29 minə yaxınlaşır

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 330 nəfər artaraq 28 936 nəfərə çatıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin saytında bildirilib.
Eyni zamanda, son bir gündə Ermənistanda 7nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 491-ə çatıb.
Qeyd olunub ki, virusa yoluxan 16 302pasiyent sağalıb. Hazırda 11 984 nəfər infeksiyadan müalicə olunur.
Ermənistanda indiyə qədər 123 815 nəfər testdən keçirilib.
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR