Ermənistanda COVID-19-a yoluxanların sayı 160 mini ötdü

Ermənistanda COVID-19-a yoluxanların sayı 160 mini ötdü
  • DÜNYA

Ermənistanda daha 193 nəfərdə koronavirus aşkarlanıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 027 nəfər olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 2 864-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin digər səbəblərdən ölənlərin sayı isə 691-ə yüksəlib. İndiyədək 144 831 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11 834 aktiv koronavirus xəstəsi var.
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR