Ermənistanda baş qərargah rəisi vəzifəsindən azad edildi

Ermənistanda baş qərargah rəisi vəzifəsindən azad edildi

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, O.Qasparyan qanuni yolla vəzifəsindən azad edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl O.Qasparyan bəyanat yayaraq N.Paşinyanı istefa verməyə çağırmışdı.

Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi.

Prezident Armen Sarkisyan Baş qərargah rəisini istefaya yollamaqdan imtina etmişdi.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR