Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”

Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”

"Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”.  Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

"Bizim üçün bu yol açılmasa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, - dövlət başçısı xəbərdarlıq edib.

Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb. Azərbaycan lideri bununla sözsüz ki, ilk növbədə, rəsmi İrəvanın üçtərəfli bəyanatlarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyinə diqqət yönəldərək, Bakının ciddi narazılığını ifadə edib, İrəvanın isə qeyri-konstruktivliyini nəzərə çatdırıb, eyni zamanda, qarşı tərəfə xatırlatma və xəbərdarlıq edib. Bəs Ermənistan yenə vaxtı uzatmağa çalışsa, Bakının hansı sürprizləri ilə üzləşə bilər?

Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır - AZƏRTAC

Elşən Musayev: "Bu dəhlizin açılması tək bizə yox, özlərinə də lazımdır”

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev əminliklə bu məsələnin qısa zamanda həll olunacağını ifadə etdi: "Zəngəzur dəhlizinin açılması son zamanlar müzakirə predmeti olan ən kritik mövzulardan biridir. Səbəbkar isə Ermənistandır. Çünki vədinə, üçtərəfli bəyanatlarda öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan hər zaman olduğu kimi cığallığa, mövzudan yayınmağa, verdiyi sözdən qaçmağa meyllidir. Üstəlik, onu da anlamırlar ki, bu dəhlizin açılması tək bizə yox, elə özlərinə də lazımdır. Amma yenə də uzada-uzada gedirlər, öz aləmlərində vaxt udurlar, zaman qazanırlar, nəyisə öz xeyirlərinə dəyişdirə biləcəklərini düşünürlər. Amma heç şübhəsiz ki, yanılırlar. Çünki alternativ yoxdur. Üstəlik, erməni özbaşına deyil ki, ağlı kəsən formada hərəkət eləsin. Dəhlizi açmayacaq, açdıracağıq! Sözündən qaçsa, ünvana qədər qovacağıq. Bir daha qeyd etmək istəyirəm: Ermənistanın öz üzərinə götürdüyü rəsmi öhdəliklər var və həmin öhdəliklərin  içində ən prinsipial bəndlərdən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır.  Cənab Prezident də Qlobal Bakı forumundakı çıxışında aydın şəkildə bildirdi ki, bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq. Gerçək də budur: məlum dəhliz bir tək iqtisadi və tranzit rolunu oynamır. Bu dəhlizin açılması həm də regionda sülhün təminatına yönəlik xüsusi xarakter daşıyır. Və ən əsas məsələ; Zəngəzur dəzliizinin açılması sadəcə ideya deyil, razılaşmadır, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Öhdəliyi də götürübsə, əməl etsin. Etməsə, etdirəcəyik”. //Musavat.com

Xəbər 1457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR