Ermənistan vətəndaşı 14 il azadlıqdan məhrum olunub – İŞİD-ə yeniyetmələri cəlb etdiyi üçün

Ermənistan vətəndaşı 14 il azadlıqdan məhrum olunub – İŞİD-ə yeniyetmələri cəlb etdiyi üçün
  • DÜNYA

Rusiya Hərbi Məhkəməsinin Moskva dairəsi Ermənistan vətəndaşı Aşot Qriqoryanı yetkinlik yaşına çatmayanları terrorçu İŞİD qruplaşmasına cəlb etməkdə ittiham edərək 14 il müddətinə azadlıqdan məhrum edib.

"Report” RUSARMİNFO-ya istinadən xəbər verir ki, bu barədə Rusya Federal Təhlükəsizlik Xidmətinin Vladimir Vilayəti İdarəsinin Mətbuat xidmətindən bildirilib.
Aşot Qriqoryan cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Federal Təhlükəsizlik Xidmətinin vilayətdəki əməkdaşları Qriqoryanın qanunazidd fəaliyyətinə görə əvvəllər 10 il həbsdə olduğunu aşkar ediblər.
 
Aktual.az
Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR