Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirdi

Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirdi
  • DÜNYA

Ermənistanla ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı "Birgə Qərar-2025” çoxmillətli hərbi təlimlərində iştirak edib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlərdə iştirak edən Ermənistan Müdafiə Nazirliyinin tibbi personalı və ABŞ Milli Qvardiyasının hərbçiləri birgə yaradılmış qruplarda ağır şəraitdə yaralılara təcili tibbi yardım göstərib, cərrahi müdaxilələr edib və təxliyyəni təşkil ediblər.
Qeyd edək ki, təlimlər ABŞ-ın Almaniyanın Hoenfels şəhərində yerləşən hərbi bazasında keçirilib.
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR