Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.
Tavuş qubernatoru Hayk Galumyan avqustun 19-da evakuasiya ilə bağlı qərar qəbul edib.
Qərarda evaksiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.
Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.//Publika.az
Xəbər 595 dəfə oxunub.