Ermənistan Prezidenti Dağlıq Qarabağa gəlməkdən imtina edib

Ermənistan Prezidenti Dağlıq Qarabağa gəlməkdən imtina edib

Ermənistan Prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.


"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatının ictiamaiyyətlə əlaqə idarəsindən bildirilib.

Məlumata görə, A.Sarkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: "Ancaq texniki səbəblərə görə Prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”.

Qeyd edək ki, martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Mütəxəssislər A.Sarsiyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər.

Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR