Ermənistan Polisinin sabiq rəisi barəsində cinayəti işi başlanıb

Ermənistan Polisinin sabiq rəisi barəsində cinayəti işi başlanıb
  • DÜNYA

Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

APA-nın "aysor.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan İstintaq Komitəsi tərəfindən V. Qasparyana ittiham irəli sürülüb.
V. Qasparyanın ölkədən çıxışına qadağa qoyulub.
İttihama görə, V. Qasparyan 1997-ci ildən 2010-cu ilədək Hərbi Polisin rəisi vəzifəsində çalışarkən üç nəfər hərbi polis zabitinə başqa işlə məşğul olmağa və maaş almağa şərait yaradıb.
V. Qasparyan müdafiə nazirinin müavini olduğu müddətdə həmin hərbçilərdən birinin xidmət müddətini 5 il uzadıb. Nəticədə vəzifələrini yerinə yetirməyən və hərbi hissəyə gəlməyən hərbçilər işdən çıxarılmayıb, ümumilikdə 21 milyon 691 min dram məbləğində dövlət büdcəsindən maaş alıblar.
V. Qasparyan Ermənistanın Cinayət Məcəlləsinin 375-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur.
Qeyd edək ki, V. Qasparyan ötən ilin mayında Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilib.


Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR