Ermənistan Polisinin rəisi istefa verib – FOTO

Ermənistan Polisinin rəisi istefa verib – FOTO
  • DÜNYA

Ermənistan Polisininrəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib.


"Report” "Novosti-Armeniya”ya istinadən bildirir ki, onun işdən çıxdığının bu günrəsmi şəkildə elan olunacağı gözlənilir.

V.Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb.

Yerli KİV-in məlumatına əsasən, güc strukturlarının bütün rəhbərləri istefa verəcək.

Qeyd edək ki, sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanistefa verib. Elə həmin gün onun ərizəsi baş nazir və prezident tərəfindən təsdiqlənib.

Xatırladaq ki,V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəsisnin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın Polis rəisi vəzifəsinə təyin edilib.

Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR