Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir
  • DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər yenidən paytaxt Yerevanda parlamentin qarşısına toplaşıblar.
Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb.
Polis parlamentin binasını mühasirəyə alıb. Hadisə yerinə əlavə canlı qüvvə cəlb edilib.
Aksiya iştirakçıları binanın tərk edən deputatlara "Ar olsun!” deyirlər, "Nikolsuz Ermənistan!” şüarı səsləndirirlər.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan əraziləri düşməndən təmizləyib.
Noyabrın 10-da Ermənistan məğlub olduğunu qəbul edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı hərbi əməliyyatları tam dayandırmaq barədə birgə bəyanat imzalayıblar.
Noyabrın 10-dan başlayaraq Ermənistanın paytaxtı Yerevan daxil olmaqla, ölkənin bir sıra bölgələrində fasiləsiz mitinqlər, itaətsizlik aksiyaları keçirilir. Nümayişçilər N.Paşinyanın istefasını tələb edirlər.
Ermənistan müxalifəti N.Paşinyanın yerinə ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın namizədliyini irəli sürüb.
N.Paşinyan istefa verməyəcəyini, yalnız xalqın iradəsi ilə vəzifədən gedəcəyini bildirərək növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etmək təklifini irəli sürüb.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR