Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru istefa verib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru istefa verib
  • DÜNYA

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.

"Report” "Panorama”ya istinadən xəbər verir ki, bu barədə o, müraciətində bildirib.
A.Vanesyan deyib ki, indiki vəziyyət fonunda istefa barədə qərarını ən düzgün və doğru sayıb.
Qeyd edək ki, bir müddət əvvəl onun istefa verdiyi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsini geri götürdüyünə dair məlumat yayılmışdı.
A.Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəisi müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyir.
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR