2026-cı ildə Ermənistanda Biomüxtəliflik üzrə Tərəflər Konfransı – COP17 keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz Feysbuk səhifəsində yazıb.
"Ermənistan 65 səslə Biomüxtəliflik Forumuna ev sahibliyi edən ölkə seçildi”, - o yazıb.
Qeyd edək ki, COP17 BMT-nin Bioloji Müxtəliflik Konvensiyası (CDB COP) çərçivəsində keçirilən sammitdir.
Hər iki ildən bir keçirilən bu sammitdə dünyanın hər yerindən hökumətlər meşələr, okeanlar və nəsli kəsilməkdə olan heyvan növləri də daxil olmaqla təbiəti necə qorumağı və mühafizə etməyi planlaşdırdıqlarını müzakirə etmək üçün bir araya gəlirlər.
Bu il sammitin 16-cı görüşü 21 oktyabr-1 noyabr tarixlərində Kolumbiyanın Kali şəhərində keçirilib.
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 isə BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.
Xəbər 313 dəfə oxunub.