“Ermənistan 1992 və 2020-ci illərdə eyni terror taktikasından istifadə edib” - Nazir

“Ermənistan 1992 və 2020-ci illərdə eyni terror taktikasından istifadə edib” - Nazir

"Biz ötən il də Ermənistan tərəfindən eyni taktikanın şahidi olduq. 1992 və 2020-ci illər arasında paralellər aparsaq, görərik ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Tərtər və Bərdə şəhərləri hədəf alınıb, eyni terror taktikasından istifadə olunub, gecə vaxtı qəfil zərbələr endirilib”.

HİT.Az məlumatına görə, bunu bu gün Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, 1992-ci ildə erməni silahlı  birləşmələri adi odlu silahlardan istifadə edirdisə, 2020-ci ildə kasetli bombalardan, raketlərdən istifadə edib: "Nəticədə yüzlərlə insan həyatını itirdi, yaralandı. Bu, o deməkdir ki, Ermənistanda hakimiyyətdə olanlar yenə eyni terrorçu düşüncə tərzinə malik olan insanlardır. Bu cəmiyyətdə cəzasızlıq sindromu hökm sürür və bu da onları eyni cinayətlər törətməyə şirnikləndirir”.

 C. Bayramov qeyd edib ki, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar regionda yeni imkanlar yaradır: "Bu, insanların təhlükəsiz şəraitdə yaşamasına şərait yarada bilər. Amma təəssüf ki, biz yenə düşmənçilik ritorikası və hərbi cinayətlərə əl atılmasının şahidi oluruq. 10 noyabr 2020-ci il tarixli bəyanat imzalanandan sonra Ermənistan Azərbaycanın işğaldan azad olunan ərazilərinə terrorçu-diversant qrupu göndərib. Bu qrup ağır cinayətlər törədib və zərərsizləşdirilib. Digər tərəfdən, Ermənistan işğaldan azad edilmiş ərazilər üzrə mina xəritəsini hələ də gizlədir, Azərbaycana təqdim etməkdən imtina edir. Bu kimi hallara dünya dövlətləri sükutla yanaşmamalıdır”.



 
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR