Ermənilər Qarabağda daha 9 cəsəd qalığı tapdılar

Ermənilər Qarabağda daha 9 cəsəd qalığı tapdılar

Ermənistan tərəfinin Qarabağda – Cəbrayılda apardığı axtarış işləri nəticəsində daha 7 hərbçinin cəsəd qalıqları tapılıb.
 
Aktual.az xəbər verir ki, dünən Talış kəndi istiqamətində daha 2 nəfərin qalıqlarını da Azərbaycan tərəfi ermənilərə təhvil verib.

Erməni tərəfi hərbçi cəsədlərinin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edəcək.

Ermənistan mətbuatının yazdığına görə, bu günə kimi Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar nəticəsində 1539 nəfərin cəsədi tapılıb.
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR