Ermənistan hökumətinin başçısı bu gün "erməni soyqırımı”ndan danışmamağı seçir, sabah birdəfəlik imtina etdiyini açıqlayacaq.
Aktual.az xəbər verir ki, bu barədə "Hraparak” nəşrinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq soyqırımı məsələsinin dəstəklənməməli olduğunu deyib, sadəcə aydınlaşdırılması üçün türk və erməni tarixçilərin birlikdə araşdırma aparması üçün çağırış edib.
Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib mövqeyində olduğu üçün bu məsələni istədiyi şəkildə diktə edirdi. O zamankı erməni hökuməti də "soyqırım”ın tanıdılmasını dəstəkləyib. Sonrakı prezident Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün "futbol diplomatiyası”ndan istifadə edib. Lakin bu cəhd uğurlu olmayıb.
Nəşr "erməni soyqırımı” məsələsinin xaricdəki böyük erməni diasporunu aktiv saxlamaq üçün zəruri adlandırır.
Xəbər 124 dəfə oxunub.