Ərəb mediası Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazıb-FOTO

Ərəb mediası Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazıb-FOTO

11 Apreldə Azərbaycanda keçiriləcək Prezident seçkiləri dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzindədir. Misirin 1 milyon tirajla dərc edilən "Al-Ahram” qəzeti və Liviyanın tanınmış "Ewanlibya.ly” İnformasiya Agentliyi ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə bağlı məqalələr dərc edib.

Dərc olunan məqalələrdə Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühitinin, ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradənin mövcud olduğuna diqqət çəkilib. Qeyd olunub ki, Prezidentlik uğrunda 8 namizədin mübarizə apardığı seçkilərdə bütün namizədlər üçün təbliğat və təşviqat mərhələsində bərabər şərait yaradılıb. Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Qəzet yazıb ki, Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var və vətəndaşlar seçkilər günü bütün aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər.

Ərəb dünyasının nüfuzlu KİV-ləri seçkilərlə bağlı yazılarında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə yer verib. Gənclər təşkilatının sədri Azərbaycanın bölgənin lider dövləti olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz regionda sabitlik və təhlükəsizliyə əvəzsiz töhfələr verir: "Dünyada mövcud olan gərgin geosiyasi atmosfer, hər gün alovlanan münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi olduqca mürəkkəb regionda sabitlik adası olaraq mövqeyini qoruması şübhəsiz ki, olduqca vacib məqamdır. Bu mənada düşünürəm ki, Azərbaycanda keçirilən seçkilər nəinki Cənubi Qafqaz regionu, ümumilikdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir”.

F.Şahbazlı qeyd edib ki, Azərbaycanda keçiriləcək seçkilərin favoriti Prezident İlham Əliyevdir: "Onun hakimiyyəti dövründə Azərbaycanda möhkəm siyasi sabitlik, davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət xətti müşahidə olunub. Dünyadakı mürəkkəb geosiyasi şəraitə, hər gün alovlanan münaqişə ocaqlarına baxmayaraq, Azərbaycan özünün sabitlik adası mövqeyini qoruyub saxlayıb”.

http://gate.ahram.org.eg/News/1891927.aspx

http://ewanlibya.ly/news/news.aspx?id=209628

Xəbər 2501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR