Ərdoğan xaricdəki seçicilərə çağırış etdi

Ərdoğan xaricdəki seçicilərə çağırış etdi

Xaricdə yaşayan əziz vətəndaşlarım, seçkinin ilk turunu rekord fəallıqla uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mənə və Cümhur İttifaqına böyük lütf göstərdiniz. Siz terror təşkilatı üzvlərinin sizi qorxutmağına, təzyiq göstərməyinə və iradənizi qəsb etmə cəhdlərinə boyun əymədiniz. Türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan (20 may) xaricdə və gömrük qapılarında səsvermə başlayır. Sizləri olduğunuz ölkələrdə seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyə çağırıram. Bu sınaqdan alnı açıq çıxacağımıza ürəkdən inanıram”, - Ərdoğan bildirib.
 

 
 
 
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR