Ərdoğan seçkilərdən əvvəl türklərin borclarını bağışlayacaq

Ərdoğan seçkilərdən əvvəl türklərin borclarını bağışlayacaq
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AKP partiyasının milyonlarla türkün borc yükünü yüngülləşdirmək üçün qanun layihəsi təklif edəcəyini açıqlayıb.
Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, bu addım onun bu il keçirilməsi nəzərdə tutulan seçkilər ərəfəsində seçki bazasını gücləndirmək məqsədi daşıyır.
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra qeyd edib:
"Biz 31 dekabr 2022-ci ilə qədər vergi orqanlarına 2000 lirə (106 ABŞ dolları) borcu olan vətəndaşları bağışlayacağıq. Qanun layihəsi yol hərəkəti qaydalarının pozulmasına görə bəzi cərimələri və dövlət qurumlarına ödənilməli olan cərimələri əhatə edəcək”.
Türkiyədə bu il minimum əmək haqqı 55 faiz artıb və 2 milyondan çox işçinin erkən pensiyaya göndəriləcəyi deyilib. Qərarın hökumətə təxminən 13 milyard dollara başa gələcəyi gözlənilir. Eyni zamanda, dövlət qulluqçularının pensiyaları və maaşları 30 faiz artırılıb və iyul ayında da artım ola bilər.

Xəbər 191 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR