Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxdı

Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qətərə birgünlük işgüzar səfərə gedib. 

"Report” "TRTHaber”ə istinadən xəbər verir ki, bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir.

Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Türkiyə prezidenti Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, regional məsələlər müzakirə olunacaq.
Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR