Ərdoğan İstanbulda seçkilərinin nəticələrinin ləğvinə münasibət bildirib

Ərdoğan İstanbulda seçkilərinin nəticələrinin ləğvinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Seçki Qurumunun (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarına münasibət bildirib.

Aktual.az ONA-a istinadən xəbər verir ki, Ərdoğan seçkidən əvvəl bəzi kirli əllərin işə qarışdığını deyib: "Milli iradə oğrularından hesab soruşmasaq, millət bizdən hesab soruşar. Bizim məqsədimiz pozulan haqlarımızı bərpa etməkdir. YSK bütün tərəfləri dinləyib, müraciətləri araşdırıb və tərəfsiz şəkildə qərarını verib. Bu qərar bütün millətimizə xeyirli olsun. İyunun 23-dən daha çox işləyib, İstanbulda seçkini qazanmağa çalışacağıq. YSK bunun əksinə qərar versəydi, buna təbii ki, hörmətlə yanaşacaqdıq. Qarşı tərəfdən də belə anlayış gözləyirik.
Millətin iradəsinin əleyhinə olanlara güzəştə getməyəcəyik. Biz ölkədə normallaşmanın tərəfindəyik. Qarşı tərəfdən olanların dünəndən verdiyi açıqlamalarla normallaşma olmaz”.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.
AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.
Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR