Ərdoğan: "İŞİD tamaşasının sonu çatıb"

Ərdoğan:
  • DÜNYA

"Strateji ortağımızın, müttəfiqimizin terrorçulara silah yardım etməsi az imiş kimi, indi də maliyyə dəstəyi verir”.

"Report”un məlumatına görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Onun sözlərinə görə, ABŞ PYD və YPG-yə 300 milyon dollarlıq yardım edir: "Bunun qarşılığını verəcəyik. Guya onlar İŞİD-ə qarşı mübarizə aparırlar. Siz İŞİD-lə necə mübarizə aparırsınız? Onlar hanı, haradadır? Biz bölgədə kimin-kim oldğunun tam aydın şəkildə bilirk. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz. İŞİD teatrının sonu çatıb”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin Suriyadan çıxmağını istəyənlər, əvvəlcə oradakı tunellərə, silahlara diqqət etməlidirlər: "Bütün bunların Türkiyəyə qarşı olmadığını söyləyənlərə deyəcək sözümüz yoxdur. Bu NATO-da bərabər hüquqlu müttəfiqlikdir. NATO-nun nizamnaməsinə Türkiyə qədər ABŞ-da əməl etməlidir. NATO üzvlərinin hamısının hüququ ABŞ-la eynidir. Terrorçu PYD ilə müttəfiqlik edirlər. NATO-nun nizamnasəninə əsasən, ABŞ belə terrorçulara qarşı çıxmalıdır”.
O, Suriyanın Münbic şəhərindəki ABŞ hərbçisinin Türkiyəni hədələyən bəyanatına da cavab verib: "Bizi vurarlarsa, cavab verərik”, deyənlər, görünür ömrü boyu Osmanlı şapalağı yeməyiblər. Onlar öz hərəkətləri ilə bunu açıq-aşkar büruzə verirlər. Deyəsən, onlar Türkiyəni başqaları ilə səhv salıblar. Bunun belə olmadığını çox yaxınlarda görəcəklər”. 
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR