Ərdoğan: "Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub"

Ərdoğan:
  • DÜNYA

Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub. 

"Report" "Sabah"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, deyib ki, ABŞ Əbubəkr əl-Bağdadini tuneldə məhv edib: "İlk dəfədir açıqlayıram: biz də onun xanımını, bacısını tutduq. Ancaq belə hay-küy salmadıq". 
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR