Ərdoğan: "Bizə dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq"

Ərdoğan:
  • DÜNYA

Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsində kömək etməlidir:
"Ya siz bizə təhlükəsizlik zonası məsələsində dəstəkləməlisiniz, ya da biz sərhəd keçidlərimizi açmaq məcburiyyətində qalacağıq. Ya siz bizə kömək edirsiniz, ya da heç kim atdığı addıma görə peşman olmamalıdır. Biz 1 milyon qaçqını təhlükəsizlik zonasında yerləşdirmək istərdik".
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR