Ərdoğan: “Biz heç kimin razılığını almırıq”

Ərdoğan: “Biz heç kimin razılığını almırıq”
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasimində iştirak edib.

Terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.

"Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməz. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.

"Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.//Oxu.az
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR