Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir:
"Əməkdar mühəndis"
Bünyətov Yunis Heydər oğlu
"Əməkdar jurnalist"
Cəfərov Pərviz Əziz oğlu.