Elnur Abbaszadə Sumqayıtın 92 yaşlı sakini ilə görüşdü -Video -Fotolar

Elnur Abbaszadə Sumqayıtın 92 yaşlı sakini ilə görüşdü -Video -Fotolar

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputalığa namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə Sumqayıtın ən yaşlı sakini ilə görüşüb.

Aktual.az xəbər verir ki,Elnur Abbaszadə 92 yaşlı Heydərov Ənvər Heydər oğlunun evində onu ziyarət edib, onun qayğıları ilə maraqlanıb və problemləri barədə məlumat alıb.
Heydərov Ənvər tanınmış hüquqşunas Elnur Abbaszadəni tanıdığını bildirib və ona 9 fevralda səs verəcəyini deyib. Ənvər Heydərov namizədə gələcək işlərində ugurlar arzulayıb.
Elnur Abbaszadə Ənvər Heydərov və ailəsi ilə görüşdən məmnun olduğunu bildirib, onlara belə bir görüş üçün təşəkkür edib.
 

Qeyd:

Abbaszadə Elnur Hidayət oğlu 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Sumqayıt şəhər 7 saylı tam orta məktəbi bitirərək, həmin il Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə universiteti bitirmişdir. 2003-2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 
Əmək fəaliyyətinə 2004-cü ildə hüquqşünas vəzifəsi ilə başlamışdır. 2004-2006-cı illərdə "Birlik Sığorta” Şirkətinin Sumqayıt filialının direktoru vəzifəsində işləmişdir. 2006-2014-ci illər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Hüquq sektorunun müdiri vəzifəsini icra etmişdir. Hal-hazırda "Qafqaz Əmtəə və Xammal” İctimai Birliyinin İdarə Heyətinin üzvü, "Qardaşlar Kənd Təsərrüfatı” İctimai Birliyinin sədri,
"Ata-Hüquq” şirkətinin rəhbəridir. Ailəlidir.

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR