Elnarə ilə Tolik arasında QALMAQAL: "Bilmir, nəylə gündəmə gəlsin"

Elnarə ilə Tolik arasında QALMAQAL:

Müğənni Elnarə Xəlilovanın başına tac qoyması prodüser Toliki özündən çıxarıb. Lent.az-ın məlumatına görə, E.Xəlilovanın başında tac olan fotosunu jurnalist Ruslan Ağayev öz səhifəsinə yükləyib. Şəklin altına prodüser Tarix Əliyev (Tolik) "Daha bilmədi nəylə gündəmə gəlsin” sözlərini yazıb.

Elnarə ona "Elnarə elə həmişə gündəmdədir. Ola bilsin, sənin gündəmində deyil” cavabını verib.
Tolik daha sonra sözlərinə bunları əlavə edib: "Vallah, tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin, maşallah, səsin, sənətin var. Bəziləri kimi buna ehtiyacın yoxdur. Amma özün buna şərait yaradırsan. Mənim sözümü deməyə və kiməsə irad tutmağa bu aləmdə haqqım var. Ən azından, sən çox işlər görmüsən bu sənətdə”.

Qeyd edək ki, Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması söz-söhbətə səbəb olmuşdu. Bu qalmaqala Nadir Qafarzadə də qoşulmuşdu.
 
Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR