Elmar Məmmədyarov: "Qarabağ məsələsində substantiv danışıqlara başlaya bilərik"

Elmar Məmmədyarov:

"Şərq Tərəfdaşlığı" ölkələri də Avropa İttifaqı ilə əməkdaşlığı artırmaqda maraqlıdırsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməlidir".

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən "Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" üçüncü ölkələrin maraqlarını müdafiə etmir: "Hamımız öz maraqlarımızı gözləyirik. Hər halda Azərbaycanla bağlı məhz belədir. "Şərq Tərəfdaşlığı" ölkələri Aİ ilə əməkdaşlığı artırmağa maraqlıdırsa, münaqişələrin həllinə səy göstərmələri vacibdir".
"Bu gün səhər yeməyi zamanı və sonra da Aİ komisarı Yohannes Han ilə danışıqlar zamanı bu istiqamətdə nə edə biləcəyimizi, hansı layihələr həyata keçirə biləcəyimizi müzakirə etdik”, - nazir deyib. 
E.Məmmədyarov Ermənistanın özünü demokrat sayan yeni hökumətinin də bu məcrada siyasi iradə göstərə biləcəyini qeyd edib: "Demokratik dövlət başqa ölkənin ərazisini işğal edə bilməz. Odur ki, Dağlıq Qarabağ nünaqişəsilə bağlı irəliləyişə nail olmaq üçün daha ciddi substantiv danışıqlar başlaya bilərik”.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR