Elmar Məmmədyarov Peruya gedib

Elmar Məmmədyarov Peruya gedib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Perunun paytaxtı Lima şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Aktual.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 
Səfər Perunun Xarici İşlər naziri Nestor Popolizio Bordalesin dəvəti ilə həyata keçirilir. 
Səfər çərçivəsində nazir Elmar Məmmədyarov iyulun 5-6-da Limada keçiriləcək "Sakit okean Alyansı”na üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) Prezidentlərinin və müşahidəçi ölkələrin rəsmilərinin 14-cü Zirvə Görüşündə iştirak edəcək.
Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi ölkələri üçün işçi masanın təşkil olunması və üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, təhsil, tibb, ətraf mühit və digər sahələr üzrə əməkdaşlıq imkanlarının ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.
Sakit okean Alyansının Zirvə görüşündə müşahidəçi ölkələr ilə yanaşı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR