Elmar Məmmədyarov: "Azərbaycan və onun Qarabağdakı əhalisi üçün təhlükəsizlik vacibdir"

Elmar Məmmədyarov:

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavadakı görüşündən Bakının əsas gözləntisi irəliyə doğru tərpənişdir".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Dağlıq Qarabağın statusu və təhlükəsizliyi məsələsini qaldırmaq niyyətindədir.
Azərbaycan XİN başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti bizi heç yerə aparmır.
"Bəli, təhlükəsizlik vacibdir. Amma bu, həm də Azərbaycan, onun Qarabağdakı əhalisi üçün vacibdir. Dağlıq Qarabağdan olan qaçqınlar normal həyatlarına qayıtmalıdırlar. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli ilə bağlı hesabatın hazırlanması ilə əlaqədar həmsədrlərə müraciət etdik. Bunun üçün ciddi predmet danışıqları olmalıdır. Düşünürəm ki, sabah bu yeni predmetlə danışıqları açacağıq", - E.Məmmədyarov deyib.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR