Elmar Məmmədyarov: "Azərbaycan beynəlxalq arenada nüfuzlu dövlətdir"

Elmar Məmmədyarov:

"Azərbaycan bu il də ölkəmizin milli maraqlarına əsaslanan müstəqil, diversifikasiyalı, balanslı xarici siyasətini davam etdirəcək və bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı ildə beynəlxalq arenada milli maraqlarını müdafiə edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Korea Times" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün regional əməkdaşlığı inkişaf etdirən bir sıra böyük layihələrin təşəbbüskarı və iştirakçısı, eləcə də beynəlxalq arenada nüfuzlu dövlətdir.
"Bu gün etibarlı tərəfdaş hesab edilən ölkəmizin xarici siyasətdəki nailiyyətləri, əlbəttə ki, qonşu ölkələrlə və dünyanın digər ölkələri ilə balanslı münasibətlərin qurulmasına, eyni zamanda bərabərhüquqlu dialoqun və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın tətbiq edilməsinə əsaslanır", - nazir bildirib.
Azərbaycanın XİN-in 2019-cu ildəki fəaliyyətinin əsas istiqamətlərinə toxunan E.Məmmədyarov qeyd edib ki, bu il Azərbaycanın xarici siyasətinin prioritetlərinə ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin davam etdirilməsi, bütün beynəlxalq subyektlər, o cümlədən dövlətlər, assosiasiyalar və beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əməkdaşlğın bundan sonra da inkişaf etdirilməsi daxil olacaq.
Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR