Elman Mehdiyev: “Pensiya kapitalı 2 dəfə artırılacaq”

Elman Mehdiyev: “Pensiya kapitalı 2 dəfə artırılacaq”

Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E.Mehdiyev vurğulayıb ki, “Hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50 faizi fərdi hesablarda uçota alınır. İslahat nəticəsində bu hədd 100 faizə çatdırılacaq və beləliklə ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin hazıradək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq. Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir.\trend

Aktual.az

Xəbər 779 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR