Əliməmməd Nuriyev: “Qüdrət Həsənquliyev prezident İlham Əliyevin oppentlərinin sırasında ən rasionalıdır“

Əliməmməd Nuriyev: “Qüdrət Həsənquliyev prezident İlham Əliyevin oppentlərinin sırasında ən rasionalıdır“

Konstitusiya Arashdirmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sosial şəbəkədə özünün facebook səhifəsində prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyevla bağlı geniş status yayıb. Aktual.az saytı həmin statusu olduğu kimi təqdim edir: 
Artıq demək olar ki, 11 aprel prezident seçkilərinə qatılan namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatdı. Namizədlərdən BAXCP sədri Qüdrət Həsənquliyevin apardığı seçki kampaniyası barədə fikirlərimi bölüşmək istəyirəm. İlk növbədə qeyd etmək lazımdır ki, indiki reallıqda prezidentliyə namizədləyin irəli sürülməsi üçün 40 min imza yığılması kifayət qədər çətin bir işdir. BAXCP bu işin öhdəsindən çox yaxşı gəldi. BAXCP öz sədri üçün imzaları çox asanlıqla və ÖZÜ yığdı. Bu bir daha göstərdi ki, BAXCP real olaraq ölkədə strukturlaşmış az saylı siyasi təşkilatlardan biridir. Qüdrət Həsənquliyev imza toplamaq, s kampaniya aparmaq, təşkilatı işləri yüksək səviyyədə həyata keçirə biləcək təşkilat qura bilib. Bu şişirtmə deyil və bilənlər çox yaxşı BİLİR ki, bu reallıqdan uzaq deyil. YAP istisna olmaqla, namizədlərin heç biri bu cür strukturlaşmış, yüksək fəalyyət qabiliyyətinə malik siyasi təşkilta malik deyil. BAXCP illəri geridə qoyaraq, inkişaf yolu keçib, kompakt və yaxş təşkilatlanmış, çevik idarəetmə qabiliyytinə malik təşkilata çevrilib. Düşünürəm ki, BAXCP hələ öz gücünü göstərəcək.
Prezidentliyə namizədlərin debatları ilə bağlı qeyd edim ki, Qüdrət Həsənquliyev hazırkı prezidentin opponentləri sırasında ən rasional, populizmdən uzaq, bir az da mühafizəkar yanaşma nümayiş etdirdi. Q.Həsənquliyev nə ucuz populizmə getdi, nə qulağa xoş gələn, amma reallaşmağına zərrə qədər də ümid olmayan fikirlər səsləndirdi, nə də ildırımötürən rolunda çıxış etdi. Q.Həsənquliyev rasional çıxışlar edərək, aktual probelmlərin həllinə alternativ baxışı və ən vacibi real yanaşmanı nümayiş etdirdi. Bir siyasətçi üçün populizmə getməkdən çəkinməyin necə çətin olduğunu siyasəti az çox bilənlər yaxşı dərk edir. Bu müvəqqəti də olsa şöhrət, populyarlığa gedən ən asan yoldur. Amma populizmin çox ağır bədəli olur və yaxın tariximizdə bunun şahidi olmuşuq. Q.Həsənquliyev bu yolu getmədi. O, daha çətin, amma hazırda bizim cəmiyyətimiz üçün çox zəruri olan yanaşma seçdi - Müzakirə olunan hər mövzu ilə əlaqədar problemlərin həlli bağlı REAL təkliflər vermək. Cəmiyyətin və hökumətin diqqətinə bu təklifləri çatdırmaq. Qüdrət Həsənquliyev faktiki olaraq, Azərbaycan cəmiyyətinin, onun passionar sayıla biləcək kəsimində yerl alan RASİONAL düşünə bilənlərin sözçüsü kimi çıxış etdi. Bu prizmadan qiymətləndirsək Q.Həsənquliyev yetkin, təcrübəli, formalaşmış ənənələrə sadiq, təkamülçü siyasətçi kimi çox yaxşı bilik və bacarıq nümayiş etdiri. TV efirinin verdiyi məhdud imkanlardan yararlanaraq, cəmiyyət və hökuməti daha rasional olmağa çağırdı. Bu təklifləri səsləndirməklə çağırış etdi və mövcud potensiala söykənərək pozitiv dəyişikliklər, islahatlar üçün zəminlərin necə hazırlana biləcəyi yolunu göstərdi. Düşünürəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq onun prorqamı, BAXCP-nin siyasi təşkilat kimi petrformansı milli siyasət təcrübəmizə əhəmiyyətli töhfə olacaq.
Xəbər 1645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR