"Əli İnsanov heç zaman Qərbi Azərbaycanlıların lideri olmayıb və olmayacaq!" - QHT sədri


Niyaməddin Orduxanlı: "Azərbaycan xalqının və o cümlədən də qərbi azərbaycanlların lideri İlham Əliyevdir. Əli İnsanov Mehdiabaddan heç bələdiyyə üzvü seçilmək səviyyəsində deyil.
"Bir həftədir Əli İnsanov cənab prezident İlham Əliyevin humanist addımı ilə azadlığa çıxıb, ancaq o hələ də mərhum Heydər Əliyevin məzarını ziyarət etməyib. Bu faktın özü onun hansı əxlaq sahibi olduğunu nümayiş etdirir. İnsanovun üzərində Heydər Əliyevin böyük haqqı var. Onun etimadı ilə adi həkimlikdən nazir vəzifəsinə qədər irəli çəkilib. Heydər Əliyevə qədər İnsanov kim olub? 
Demək olar ki heç kim. 13 il nazir işləyib. Öz liderinə, partiyasına etdiyi xəyanətə görə cəzasını alıb”- bu fikirləri BAXCP sədrinin müavini, tanınmış QHT sədri, əslən Qərbi Azərbaycandan olan Niyaməddin Orduxanlı  QHT.az saytına deyib. Onun sözlərinə görə, Əli İnsanov heç zaman qərbi azərbaycanlıların lideri ola bilməz və bundan sonra da olmayacaq:” Adlarını ziyalı qoyurlar. Bir iki nəfər var ki, İnsanovdan pul qopartmaq üçün düşüblər ortalığa. Qərbi azərbaycanlı faktorunu qabardırlar. Bir faktı diqqətinizə çatdırım. Abşeronun rayonunun Mehdiabad qəsəbəsində təxminən 40 000-dən çox əhali yaşayır. 
Bu əhalinin 90% Qərbi Azərbaycan kökənlidir. Mən də qərbi azərbaycanlıyam və bu qəsəbədə anadan olmuşam. Son 20 ildə 4 dəfə Mehdiabad qəsəbəsindən bələdiyyə seçilirəm. Və 3 dəfə də Abşeron rayonundan deputatlığa namizəd olmuşam. 
6000 səslə deputatlığa namizəd kimi 2 yeri tutmuşam. Yəni uzun illərdi siyasətdə məşğul olduğumdan əhali ilə sıx təmaslarım var. Bu gün tam məsuliyyətimlə deyirəm. Əli İnsanov Mehdiabad qəsəbəsindən bələdiyyə üzvlüyünə səs toplayacaq səviyyədə deyil. İnsanov istəyirsə bu il bələdiyyəyə namizədliyini verib, şahidi olsun. Əli İnsanov səhiyyə naziri işləyəndə Mehdiabad qəsəbəsinin poliknikası biabırçı bir vəziyyətdə idi. SSRİ dövründən qalmış, acınacaqlı bir durumda idi. 
Otaqlar da siçovullar gəzişirdi. Bir dəfə də olsun mehdiabadlılar onun şahidi olmadı ki, səhiyyə naziri Əli İnsanov 13 ildə Mehdibad qəsəbəsində görüş keçirtsin. Qəsəbənin ağır durumunda olan poliknikasına diqqət yetirsin. İnsanov səhiyyə nazirliyindən çıxarılandan sonra cənab prezident İlham Əliyev Mehdiabad qəsəbəsində əhali ilə görüş keçirdi. O, görüşdə şəxsən iştirak etmişəm.
 Sakinlər Prezidentdən xahiş etdi ki, yeni polikninika tikilsin vəziyyətimiz çox ağır durumdadır. Prezidentin göstərişi ilə bir gün sonra indiki səhiyyə naziri Oqtay Şirəliyev qəsəbəyə gəldi. Və qısa müddətdən sonra iki mərtəbəli ən müasir ambulator müəssə tikildi və səhiyyə nazirliyi ən müasir avadanlıqlarla təchiz etdi. Bütün bunlar qəsəbə sakinlərinin gözü qarşısında baş verib. 
Görüşdə İlham Əliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin mehdiabadlılara xüsus hörməti var idi və bu gün də mənim mehdiabadlılara xüsusi hörmətim var. İlham Əliyevin bu fikirləri Mehdiabad qəsəbəsinin girişində böyük həriflərlə yazılıb. 
 Diqqətinizə bir məqamı çatdırım ki, 1995-ci il dövlət çevrilişində Heydər Əliyevin çağırışına ilk kütləvi dəstək verən Mehdiabad qəsəbə sakinləri olub. Minlərlə insan həmin anda ayaqyalın vəziyyətdə Prezident Aparatının qarşısına gedib. Söhbət on mindən artıq insandan gedir. Bu qərbi azərbaycanlıların Heydər Əliyevə dəstəyinin nümayişi idi. Təbii ki, həmin zamanda Heydər Əliyevin çağırışına ən böyük dəstəyi xalq verdi. Bir necə saatdan sonra yüz minlərlə insan PA qarşısına toplaşdı. İndi bunlar utanmadan özlərini "Qərbi Azərbayanlıların lideri” kimi hiss edirlər. Azərbaycan xalqının və o cümlədən də qərbi azərbaycanlıların lideri İlham Əliyevdir!”
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün qərbi azərbaycanlılardan hörmətli şəxslərdən kimsə Əli İnsanovun müdafiəsinə qoşulduğunun şahidi olmayıb:” Nə İnsanov 2005-ci ildə həbs olunan da, nə də indi. Bir nəfər nüfuzlu qərbi azərbaycanlı görmədik ki, İnsanovun müdafiəsinə qoşulsun. Onun necə korrupsioner olduğunu və ancaq öz yaxınlarını düşündüyünü çox yaxşı bilirik. Buna görə də onun müdafiəsinə heç kim qoşulmayıb. Elşad Musayevdən başqa. O da bir zamanlar Etibar Məmmədovun yanında idi. Sonra hoppanıb İsgəndər Həmidovun yanına getdi. İndi də hoppanıb İnsanovun yanında durub. İnsanov cəmiyyətdə həm də kobud və özündən müştəbeh bir kimi qəbul edilir. Nazir olanda müxalifətin liderlərini, jurnalistləri və tabeçiliyində olan adamları ən ağır söyüşlərlə təhqir edirdi. Onun hesabınadır ki, dünən "Azadlıq” radiosu Əli İnsanovla bağlı ictimai fikri öyrənib. Cavab verənlərin 99% Əli İnsanovu korrupsioner, rüşvətxor , kobud, söyüş söyən nazir kimi xarakterizə ediblər və onu heç zaman xalq düşünməyən biri adlandırıblar. İstənilən şəxs "Azadlıq” radiosunun saytına daxil olub baxa bilər”. 
BAXCP sədrinin müavini bildirib ki, İnsanovun azad olunmasında ABŞ-ın heç bir rolu olmayıb: " Prezident İlham Əliyevin iradəsi ilə azadlığa çıxıb. Prezident hər kəsə sübut edib ki, heç bir ölkə ona təzyiq edə bilməz. Özü istədiyi məqamda əfv edə bilər! Baxın, bu adam özü –özünü təkzib edir. Deyir ki, fikirləşirdim ki, ömrümün sonuna qədər həbsxanada qalacam. İki dəqiqədən sonra deyir ki, məni böyük Amerika azad etdi. Deməli, özü də bilmədən etiraf edir ki, ABŞ-ın heç bir rolu olmayıb. Adama deyərlər ki, bəs 14 ildə harada idi ABŞ?! Niyə gəlib azad etmirdi bu14 ildə? Onun siyasətə  qalacağını deməsi heç nəyi dəyişməyəcək. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdan başqa bir şer deyil. İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi".
 O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verirdi.  Sona olaraq onu da deyim ki, bu adam qədər iddialı danışsa da belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüzdür. Zaman da bunu sübut edəcək! Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük.
Xəbər 2984 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR