Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”


Əli bəy , Elçibəy hökumətinin süqutunda öz qorxaqlığı, şəriştəsizliyi, xəyanəti ilə müstəsna rol oynamış, qiyamçı Surət Hüseynovu tərkisilah etməli olduğa halda onunla çay içməyə gedən, söhbətləri alınmayanda dediyinə görə sonuncu tərəfindən döyülüb zirzəmiyə atılan İsa Sadıqov yeri gəldi – gəlmədi Qüdrət bəyə böhtan atır, aşağılamağa çalışır. Onun Qüdrət bəyə bu xüsusi münasibəti nədən qaynaqlanır?

-Əslində sualınızla onun kim olduğunu söylədiniz? O Rusiya ordusuna sədaqət andı içmiş birisidir. SSRİ dağılandan və Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra da o Rusiya ordusunda xidmətdə olmuşdur. Yalnız 1992-ci ildə Azərbaycana göndərilmişdir. Prezident Elçibəyin tapşırığı ilə Surətin dəstəsini tərkisilah etməli olduğu halda tabeçiliyindəki əsgər və zabitləri başsız qoyaraq onların Surətin dəstəsi tərəfindən əsir götürülməsinə şərait yaratmışdır. Sonra öz xəyanətinə haqq qazandırmaq üçün bəyan etmişdir ki, o Surətlə çay içib danışmaq istəmiş, amma Surət onu vəhşicəsinə döyərək zirzəmiyə salmışdır. Amma çox qəribədir ki, Surət onu tərkisilah etməyə getmiş digərlərini həbs etdirdiyi halda o vəzifəsində qalmış, hətta müdafiə nazirinin müavini olmuşdur. Yalnız 1995-ci ildə o ordudan təxris olunmuş, bir müddət sonra isə xüsusi missiya ilə Avropaya göndərilmişdir. Həmin vaxt ,1993-cü ilin iyununda , mən Gəncədə olmuşam və çox şeyi bilirəm. Yaxşı olar ki, o bu məsələyə aydınlıq gətirsin. O kimi xoşlamırsa onu təhqir edir. Bu tərbiyə məsələsidir. Həm də onun psixi problemi var. Danışdıqca səsini qaldırır,tər basır, özünə nəzarəti itirir, ağlına və ağzına gələni danışır. Özünə tənqid hissini itirmiş bu ünsür, özünü hamıdan ağıllı, hamıdan vətənpərvər kimi təqdim etməyə çalışır. Qüdrət bəyi hədəf seçməsinin əsas səbəbi Qüdrət bəyin uzun illər Qarabağı azad etmək üçün danışıqları Ermənistanla yox,Rusiya ilə aparmaq lazımdır deməsindədir. Onun ağzı köpüklənə-köpüklənə Rusiya əleyhinə danışması da sadəcə iz itirmək üçündür. Norveçə də avtobus sürməyə ona görə göndərilib ki, Avropadakı dissidentlərin etimadını qazanıb onlardan Qərbin regionla bağlı planları barədə məlumat toplayıb mərkəzə göndərsin.O ölüncə Rusiya hərbi sənaye kompleksinə bağlı müəyyən dairələrə xidmət edəcəkdir. Bu gün ona ağaları tərəfindən şofer işləmək rəva görülübsə, sabah tualet təmizləmək də tapşırıla bilər. Xalqımlz bu adamı tanımalıdır.

Aktual.az

Xəbər 3235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR