Əli Həsənovun rəis olan kürəkəni işdən çıxarıldı

Əli Həsənovun rəis olan kürəkəni işdən çıxarıldı

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Aktual.az-ın "Report”a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.
Xəbər 905 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR