Əli Əsədov Türkiyəyə gedir - Ərdoğanla görüşəcək

Əli Əsədov Türkiyəyə gedir - Ərdoğanla görüşəcək

Fevralın 19-da Türkiyədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək.

Aktual.az xəbər verir ki, iclasda baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Səfər çərçivəsində Ə.Əsədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Komissiyanın iclası çərçivəsində Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İşgüzar Forumunun ümumi iclasında iştirak edəcəklər.

Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR