Əli Əhmədov ABŞ-a səfərə gedib

Əli Əhmədov ABŞ-a səfərə gedib

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.
Konfrans BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.
Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.
 
Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR