Elçin Quliyev at çapan 9 yaşlı Gülayla görüşdü – VİDEO

Elçin Quliyev at çapan 9 yaşlı Gülayla görüşdü  – VİDEO

Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev at çapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb. 
 
Aktual.az
Dövlət Sərhəd Xidmətinə isitnadən xəbər verir ki, 9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federa­siyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşan Fərzəliyev Vüsal Qəzənfər oğlu E.Quliyevlə görüşə dəvət olunub.
 
General-polkovnik Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.
Aktual.az
Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR