Elçibəyin silahdaşı bu dairədə yarışacaq

Elçibəyin silahdaşı bu dairədə yarışacaq

 
9 fevral parlament seçkilərində iştiraka qərar vermiş Birləşmiş Azərbaycan Yurdları Ocağı (BAY) başqanı Cahandar Bayoğlu yarıaşcağı seçki dairəsini müəyyənləşdirib. 

Cahandar bəy 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizəd olacaq. 

7News.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə goyce.az saytının rəhbəri tanınmış şair, yazar Qılman İman bilgi verib. 

O, bildirib ki, bu barədə qərarını Cahandar bəy bir qrup ziyalı ilə görüşündə açıqlayıb. 

Toplantıya qatılan aydınlar seçkidə Cahandar bəyə dəstək olacaqlarını bildiriblər.
Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR