Ekspert: "Bu il neftin qiyməti 55 dollardan artıq olacaq"

Ekspert:

"Bu il dünyada neftin qiyməti 55 dollar həddindən yüksək olacaq, amma 80 dollar səviyyəsinə çatmayacaq".

Aktual.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Leonid Xazanov deyib.
Ekspertin sözlərinə görə bu, onunla bağlıdır ki, bir tərəfdən OPEK+ ölkələri neft hasilatını sutkada 1,2 milyon barrel azaltmaq qərarına gəlib, amma digər tərəfdən ABŞ "qara qızıl"ın ixracatçısına çevrilərək bazar konyunkturuna təzyiq göstərir:

"Qlobal iqtisadiyyatdakı problemlər də öz rolunu oynayır. Ona görə də neftə tələbatın genişlənəcəyini gözləməyə dəyməz".
O əlavə edib ki, qlobal neft bazarındakı vəziyyət Rusiya, Azərbaycan və Qazaxıstanda vergi gəlirlərinin həcminə və dinamikasına təsir edəcək.
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR